“Bakı ilə İrəvan arasında normallaşma prosesi əsasən Vaşinqtonun vasitəçiliyi ilə aparılır. Bu prosesdə bu və ya digər formada Avropa İttifaqı da iştirak etmək istəyir. Avropa ölkələrində regiona olan münasibət birmənalı deyil, yəni Ermənistanı dəstəkləyən Fransa, Belçika, Niderland, İsveçrə və digər dövlətlər var. Paşinyan məlumdur ki, Avro-inteqrasiya siyasəti yürüdən bir siyasətçidir və Avropada doğru belə reveranslar etməklə dəstək qazanmağa çalışır”.
Bu fikirləri
Planetinfo.az-a politoloq Vüqar Əhmədov Avropa İttifaqı ilə Ermənistan arasında imzalanmış sənədi şərh edərkən səsləndirib. O deyib ki, Avropa İttifaqı ilə ABŞ arasında bu gün müəyyən siyasi ziddiyyətlər mövcuddur:
“Ola bilsin Ermənistan üzərindən Aİ bu gün regiona təsir etməyə çalışır. Amma digər tərəfdən bu regionda artıq formalaşmış reallıqları təhrif etmiş olur. Lakin onu da qeyd etmək lazımdır ki, Avropa İttifaqı regionla bağlı maraqlı olan tərəfdir, çünki Zəngəzur dəhlizi olan Orta dəhliz və regional loqistik bağlantılarda Aİ qəbul edən və faydalanan tərəfdir. Lakin biz görürük ki, burda yenə müxtəlif siyasi mövzular və ayrıcı xətlər meydana çıxır. Burada da Avropa İttıfaqının müəyyən qədər fərqli maraqdan çıxış etdiyi ortaya çıxır”.
Anar