Siyasət
11-12-2025, 23:01
Ərdoğan Aşqabadda Qurbanqulu Berdiməhəmmədovla görüşüb
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Aşqabada səfəri çərçivəsində Türkmənistan Xalq Məsləhətinin Sədri Qurbanqulu Berdiməhəmmədovla görüşüb.
Planetinfo.az Report-a istinadən xəbər verir ki, bu barədə Türkiyənin Prezident Administrasiyası məlumat yayıb.
Görüşün detalları açıqlanmayıb.
Qeyd edək ki, Türkiyə Prezidenti "Beynəlxalq Sülh və Təhlükəsizlik Forumu"nda iştirak etmək üçün Aşqabadda səfərdədir. Həmçinin Türkmənistanın daimi bitərəfliyinin tanınmasının 30-cu ildönümü qeyd olunur.