Siyasət 12-12-2025, 15:18

Paşinyanın hərəkətlərinin Rusiyada qıcıq yaratması məsələsi nisbi xarakter daşıyır




“Paşinyanın hakimiyyətə gəlməsinə şərait yaradan Rusiya olmuşdu. Onlar Sarkisyanın Paşinyana qarşı güc işlətməsinə imkan verməmişdilər və beləcə Paşinyan rahat şəkildə hakimiyyətə gəlmişdi. Onda Rusiya hesab edirdi ki, demokrat adı ilə hakimiyyətə gələn Paşinyan erməni toplumunun demokratiya inamını vaxtilə Gürcüstan və Azərbaycanda olduğu kimi qıracaq və tezliklə hakimiyyətdən gedəcək. Bu yolla Rusiya yenidən istədiyi adamı hakimiyyətə gətirəcək. Amma belə olmadı”.

Bu fikirləri Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov səsləndirib. O deyib ki, Ermənistan müharibədə uduzsa da erməni toplumu yenidən ona etimad göstərdi:

“Rusiya da müharibə dövründə Paşinyana cəbhədə xeyli gizli dəstək verdi. Amma olmadı. Azərbaycan qalib gəldi. Rusiya Paşinyanın Ermənistanda mövqeyinin güclü olduğunu görür”.
Azər Qasımov hesab edir ki, indiki məqamda Paşinyanın devrilməsi Rusiyaya sərf etməz:

“Çünki erməni toplumunda demokratiyaya olan inam gələ güclüdür. İndiki məqamda Rusiyanın Paşinyanı aradan götürməsi Ermənistanın birdəfəlik itirilməsi anlamına gələr. Əslində, Paşinyan da bunu yaxşı bilir. Paşinyanın dünən Moskva küçələrində rahat şəkildə velosiped sürməsi bunu isbat edir”.

Anar

Xəbər lenti