Siyasət 15-12-2025, 09:15

Bu il Azərbaycanın xarici siyasətində ən yadda qalan hadisə nə oldu?



2025-ci il ərzində Azərbaycanın xarici siyasət və diplomatiya sahəsində əldə etdiyi ən böyük uğur və ən yadda qalan hadisə avqustun 8 - də ABŞ, Azərbaycan və Ermənistan liderlərinin iştirakı ilə keçirilən Vaşinqton görüşü oldu.

Bunu Planetinfo.az-a siyasi şərhçi Pərviz Mirizadə deyib. O bildirib ki, həmin görüşdə Vaşinqton görüşündə Bakı və İrəvan arasında sülh müqaviləsinin paraflanması baş tutdu:

“Zəngəzur dəhlizi fonunda qlobal əhəmiyyətli lahiyəyə yaşıl işıq yandırıldı və ən əsası Cənubi Qafqazın siyasi konfiqurasiyasında dönüş nöqtəsi oldu. Bunlar əlbəttə tarixi anlardır və cənab Prezident İlham Əliyevin siyasi zəkası prosesdə öz sözünü dedi”.

Pərviz Mirizadə deyib ki, İlham Əliyev həm qalib sərkərdə, həm də regiona sülh gətirən lider kimi bir daha özünü təsdiqlədi.

Anar

Xəbər lenti