Ermənistan və Azərbaycan iki ölkənin almaq və satmaqda maraqlı olduqları malların siyahısını müzakirə edirlər.
Planetinfo.az xəbər verir ki, bunu Ermənistanın baş naziri Nikol Paşinyan yerli televiziya kanallarına müsahibəsində deyib.
"Bu proses davam edir. Yeni xəbərlər olanda bu barədə məlumat əldə edəcəksiniz. Hələlik müzakirələr gedir. Bilirəm ki, ilkin siyahılar mübadilə edilib, amma araşdırmalar hələ də davam edir", - deyə baş nazir Ermənistana Azərbaycan neft məhsullarının idxalı ilə bağlı razılaşmanın necə əldə edildiyi ilə bağlı suala cavab verərkən bildirib.
Paşinyan qeyd edib ki, hökumət özəl şirkətləri Azərbaycan neft məhsullarını idxal etməyə məcbur etməyib, sadəcə onlara fürsətin mövcud olduğunu bildirib.
Qeyd edək ki, Azərbaycandan Ermənistana ilk neft məhsullarının göndərilməsi 18 dekabr 2025-ci ildə həyata keçirilib. Bu, Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) tərəfindən istehsal edilən 1220 ton benzindən ibarət idi.
Anar