“Yaxın qonşularımızda baş verən hadisələr bir daha quru sərhədlərimizin nahaq yerdən bağlı saxlanılmadığı reallığını ortaya qoydu və bununla bağlı müntəzəm olaraq meydana çıxan suallara cavab oldu”.
Bu fikirləri
Planetinfo.az-a “Milli İnkişaf” ictimai birliyinin sədri, politoloq Arzuman Muradlı səsləndirib. O bildirib ki, hazırkı situasiyada qazancımızdan daha çox təhlükəsizliyimiz, onun qorunması bizim üçün prioritet olmalıdır:
“Son günlər İranda yaşananlar dövlətimizin sərhəd məsələsində nə dərəcədə doğru siyasət həyata keçirdiyini ortaya qoydu. Düzdür, Azərbaycan dövləti istənilən ölkədə baş verən proseslər fonunda meydana gələn gözlənilməz hadisələr zamanı öz humanitar missiyasını ortaya qoyub, həmin vəziyyətə uyğun addımlar atıb. Necə ki, keçən il İrana qarşı həyata keçirilən 12 günlük hərbi əməliyyat zamanı Azərbaycan cənub qonşumuzda olan xarici ölkə vətəndaşlarının ərazimiz vasitəsilə öz ölkələrinə keçidini təmin etdi, eyni ilə də indi ciddi bir vəziyyət meydana gələcəyi təqdirdə Bakı müvafiq humanitar addımlar atacaq. Ancaq ümumilikdə, quru sərhədlərimizin bağlı qalması indiki situasiya üçün məqbuldur”.
Arzuman Muradlı onu da deyib ki, quru sərhədlərinin bağlı qalması turizmə, nəticə etibarilə iqtisadiyyata, dövlət büdcəsinə gəlirlərə mənfi təsir göstərir:
“Ancaq onu da nəzərə almaq lazımdır ki, təhıükəsizlik təmin olunmadığı, ölkədə sabitlik olmadığı halda heç bir iqtisadi inkişaf və büdcə gəlirlərindən danışmaq olmaz. Hər şeydən əvvəl ölkənin təhlıükəsizliyinin təminatıdır ki, bunu da dövlət, hakimiyyət ən yüksək səviyyədə həyata keçirir. Nə zaman real təhlükələr aradan qalxacaq, o zaman da quru sərhədlərinin açılmasına qərar veriləcək”.
Anar