Siyasət 13-11-2025, 06:41

Türkiyə ilə açıq konfrantasiyaya getmək ağılsızlıq olardı




“Türkiyə Silahlı Qüvvələrinə məxsus C130 hərbi yük təyyarəsinin Gürcüstan səmasında qəzaya uğraması və 20 nəfərin Şəhid olması ağır faciədir. Hadisə yerinə artıq xilasedicilər, ekspertlər və mütəxəssislər cəlb olunub. Bu qəza ilə bağlı müxtəlif versiyalar irəli sürülməkdıdir. Hətta bəziləri bunu terror və Rusiya amili ilə bağlayırlar. Ancaq mən bu versiyaları əsaslı hesab etmirəm”.

Bu fikirləri Planetinfo.az-a siyasi şərhçi Əli Orucov səsləndirib. O bildirib ki, Rusiyanın Türkiyə hərbi nəqliyyət təyyarəsini hansısa formada hədəf alması inandırıcı deyil:

“Moskvaya bu heç lazım deyil. Türkiyə ilə açıq konfrantasiyaya getmək tam bir ağılsızlıq olardı. İlkin toplanan təyyarə qalıqlarının araşdırılması və ekspertizası kənar təsirləri rədd edir. Terrorla da bunu bağlamaq qeyri mümkündür”.

Əli Orucov bildirib ki, təyyarə Gəncədə eniş edib yükünü boşaltdıqdan bir neçə saat sonra havaya qalxıb:

“Düşünürəm ki, qəzaya səbəb texniki yaxud elektron nasazlıqlar ola bilər. Nəzərə alsaq ki, qəzaya uğrayan C130 təyyarəsi 60 ildən çoxdur istismardadır. Təyyarənin qara qutusu və qalıqları geniş hərtərəfli tədqiq olunduqdan sonra qəzanın səbəbləri dəqiqləşəcək. Fürsətdən istifadə edərək həmin qəza ilə bağlı Türkiyə xalqına və Silahlı Qüvvələrinə dərin hüzünlə başsağlığı verirəm. Allah şəhidlərimizə rəhmət eləsin. Bu faciəvi hadisə Azərbaycan və Türk xalqlarını bir daha sınağa çəkməklə yanaşı, birliyimizi, qardaşlığımızı və bötüvlüyümüzü nümayiş etdirdi”.

Süleyman

Xəbər lenti