Siyasət 26-11-2025, 13:43

Tramp planı Ukraynaya nə vəd edir?




"Ukrayna ilə bağlı və ümumiyyətlə bu istiqamətdə yaranan sualların çoxu hazırkı qarışıq durumdan qaynaqlanır. ABŞ prezidenti Donald Trampın 28 bəndlik sülh planı layihəsi , artıq Ukrayna tərəfinə təqdim olunub. Ukrayna hökuməti ilk gündən bu planın qəbuledilməz olduğunu bildirib və daha sonra bəzi media və diplomatik mənbələrdən daxil olan məlumatlara görə Ukrayna prezidenti və hökuməti, sülh planı çərçivəsində ABŞ prezidenti Donald Trampın hazırladığı layihəni qəbul edib".

Bunları Planetinfo.az-a siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, əslində, Ukrayna tərəfi planı ratifikasiya etmək niyyəti ilə qəbul edib:

"Bu heç də qəbul edib, razılaşıb anlamı daşımamalıdır və 28 maddəlik Tramp planını qəbul etmək üçün, həmçinin Ukrayna tərəfindən rəsmi açıqlama olmadığı üçün, məlumat dizinformasiya xarakterli ola bilər və ortalığı gərginləşdirmək məqsədi daşıya bilər. Bu baxımdan yayılan informasiyanın doğruluğunu təsdiq edən rəsmi açıqlama olmadığı üçün hazırkı vəziyyətə dair Ukrayna hökumətinin durumunu Ukrayna sənədi alib və müzakirə edilir, kimi qiymətləndirmək olar".

Ekspert deyib ki, Tramp planı layihəsi 28 maddəlik bir sənəddir:

"Bu sənəd ətrafında fərqli yanaşmalar var və əsasən də Rusiyanın mövqelərinə yaxın sənəd olaraq daha çox bilinməkdədir. Amma sənədin, bir neçə maddəsi istisna olunmaqla , tamamı Ukraynanın mövqelərinə yaxın, hesab etmək olar".

Anar

Xəbər lenti