Sosial 13-05-2026, 11:22

Dərnəgüldən ölkənin regionlarına qatarla getmək mümkün olacaq



"Azərbaycan Dəmir Yolları" QSC-nin yeni istifadəyə verilmiş "Dərnəgül" stansiyasından ölkənin regionlarına qatarla getmək mümkün olacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə səhmdar cəmiyyəti məlumat yayıb

Məlumata görə, iyunun 6-dan bu stansiyada Bakı-Qazax-Bakı, Bakı-Ağstafa-Bakı, Bakı-Balakən-Bakı və Bakı-Qəbələ-Bakı marşrutları ilə hərəkət edən qatarlar dayanacaq.

Biletləri ADY-nin saytından, "ADY Mobile" tətbiqindən və yaxud dəmiryol kassalarından əldə etmək olar.

Xəbər lenti