Sosial 22-05-2026, 14:14

18 kəndə qazın verilişi DAYANDIRILACAQ



Mayın 25-i saat 10:00-dan Beyləqan rayonunun 18 kəndinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

Planetinfo.az xəbər verir ki, bu barədə Tərtər Regional Qaz İstismar İdarəsi (RQİİ) məlumat yayıb.

Bildirilib ki, qaz təchizatının dayandırılması payız-qış mövsümünə hazırlıq işlərinin görülməsi ilə əlaqədardır.

Qaz təchizatının hansı kəndlərdə dayandırılacağı ilə bağlı RQİİ tərəfindən hər hansı məlumat verilməyib.

Xəbər lenti