“Azərbaycan ordusu bu günkü duruma çətin sınaqlardan keçərək, alnıaçıq, üzüağ gəlib çıxıb. Qələbənin 5 illiyi münasibətilə 8 noyabrda keçiriləcək hərbi parad Azərbaycan dövlətinin gücünü bütün dünyaya göstərəcək”.
Bu fikirləri
Planetinfo.az-a ƏHD Partiyasının ictimai-siyasi məsələlər üzrə katibi Azər Qasımov tarixi Zəfərimizin 5 illiyi münasibətilə keçiriləcək hərbi paraddan danışarkən səsləndirib. O deyib ki, alınmış yeni silah-sursat, təyyarələr Bakı küçələrini və səmasını titrədəcək:
“Amma bu titrətmə düşmənin canına qorxu, dostların ürəyinə təpər gətirəcək. Qardaş ölkələrin rəhbərləri də Azərbaycan dövlətinin yanında paradı izləyəcək. Bütün dünya Azərbaycanın yanında kimlərin olduğunu bir daha görəcək. Dostlar sevinəcək, düşmənlər bir daha fikirləşməli olacaq”.
Azər Qasımov qeyd edib ki, Azərbaycan ordusu artıq müzəffər ordu ünvanını qazanıb və bu ünvanı bir daha əldən yerə qoymayacaq.
Füzuli