Sosial 30-06-2026, 10:00

Bazarlarda meyvə və tərəvəz ucuzlaşdı: Yeşiyi 1 manat



Havaların istiləşməsi ilə bazarlarda meyvə və tərəvəz məhsullarının qiymətlərində nəzərəçarpacaq ucuzlaşma müşahidə olunur. Satıcıların sözlərinə görə, bəzi məhsulların qiyməti o qədər enib ki, alıcılar ehtiyaclarından artıq alış-veriş edirlər.

Bəs ən çox hansı məhsullar ucuzlaşıb?

Planetinfo.az milli.az-a istinadən xəbər verir ki, bazarlarda ən çox ucuzlaşan məhsullar arasında çiyələk, badımcan və bibər yer alır.

Hazırda bəzi satış məntəqələrində çiyələyin bir yeşiyi 1 manata təklif olunur. Badımcanın 3 kilosu 1 manata satıldığı halda, bibərin qiyməti isə növündən və keyfiyyətindən asılı olaraq 30-50 qəpik arasında dəyişir.

Satıcılar bildirirlər ki, mövsümi bolluq məhsulun artmasına, bu isə qiymətlərin enməsinə səbəb olub.

Xəbər lenti