“Azərbaycanda Qələbənin 5 illiyi ilə bağlı hərbi paradın keçirilməsi ilk növbədə xalqın milli kimliyinin formalaşmasında mühüm rol oynayır və gənclərin vətənpərvərlik ruhunda tərbiyə olunmasında xüsusi əhəmiyyət kəsb edir”.
Bu fikirləri
Planetinfo.az-a açıqlamasında siyasi ekspert Çingiz Şahbazi deyib. O bildirib ki, paradın keçirilməsi həm simvolik, həm də strateji baxımdan mühüm hadisədir:
“Bu kimi tədbirlərin xüsusi əhəmiyyəti daxili auditoriya ilə birlikdə, həmçinin regional və beynəlxalq ictimaiyyətə yönəlmiş çoxşaxəli mesajları özündə əks etdirir. Hərbi parad Azərbaycan xalqının qələbə ruhunu və milli həmrəyliyini təzələyir və dövlətçiliyə bağlılığını möhkəmləndirir. Tədbir həmçinin xalqın öz ordusuna olan inamını təmin edir və gənc nəslin vətənpərvərlik ruhunu gücləndirir”.
Çingiz Şahbazi deyib ki, bu, dövlətçilik baxımından da ictimai legitimliyi möhkəmləndirən amildir və siyasi sabitliyə töhfə verən hadisədir:
“Həmçinin region ölkələrinə , xüsusilə də Cənubi Qafqazda yeni reallıqları qəbul etmələri lazım olan dövlətlərə açıq şəkildə mesaj verir. Eyni zamanda Azərbaycan bölgədə siyasi və hərbi güç mərkəzi rolunda çıxış etdiyini təsdiqləyir”.
Füzuli