Sosial 16-07-2025, 19:48

Vərəmin gizli yayılması və immunitetin rolu

Vərəmin gizli yayılması və immunitetin rolu

“Səhhət” İctimai Fondunun sədri və həkim-mütəxəssis Taryel Həsənov saytımıza vərəmlə mübarizəyə dair əsas məqamlar vurğulayıb. O, vərəmin gizli yayılması və immunitetin rolu haqda danışıb:"Vərəmlə mübarizədə ən kritik məqamlardan biri xəstəliyin orqanizmdə gizli inkişaf mexanizmidir. Vərəm mikrobu — yəni Kox çöpü — bədənə daxil olduqdan sonra dərhal büruzə verməyə bilər. Bu infeksiya aylarla, hətta illərlə passiv halda qalaraq heç bir simptom yaratmır. Lakin insanın immunitet sistemi zəiflədikdə mikroblar aktivləşir və xəstəlik sürətlə inkişaf etməyə başlayır. Məhz buna görə də orqanizmin müqavimətini yüksək tutmaq, düzgün qidalanmaq və zərərli vərdişlərdən uzaq durmaq qorunmağın başlanğıc nöqtəsidir."

Xəbər lenti