Sosial 7-11-2025, 08:27

Müharibə ilə yol qəzaları arasında ölüm sayı eyni səviyyədədir

Müharibə ilə yol qəzaları arasında ölüm sayı eyni səviyyədədir
“1990–2020 illəri arasında Azərbaycanda 30.000 insan avtoqəzalarda dünyasını dəyişib. Eyni dövrdə 30.000-ə yaxın şəhid hərbçi və dinc sakin Qarabağ uğrunda canını fəda edib. Müharibə ilə yol qəzaları arasında ölüm sayı eyni səviyyədədir”.

Bu fikirləri Planetinfo.az-a hüquqşünas Əli İbrahimov səsləndirib. O bildirib ki, torpaq uğrunda ölənlə, asfalt üzərində ölən arasındakı fərq təkcə yaddaşdadır:

“Biri abidəyə çevrilir, digəri statistikaya. Halbuki hər iki halda bir ana fəryadı, bir ata susqunluğu, bir uşaq yetimliyi var. Hər ikisi bu xalqın itkisi, hər ikisi həyat eşqi ilə yaşayan insanların son nəfəsidir. Ölümün səbəbi fərqli ola bilər, amma dəyəri eynidir. Həyatın qiyməti bir siqaretin, bir fincan çayın vaxtına sığmayacaq qədər böyükdür”.

Hüquqşünas deyib ki, yollarda hamımız yolçuyuq:

“Amma hədəf yalnız “tez çatmaq” deyil, sağ-salamat çatmaqdır. Bəzən yavaş getmək qorxaqlıq deyil, müdriklikdir”.

Füzuli

Xəbər lenti