Sərgidə istedadlı gənc rəssamlarımızın Zəfər Gününə həsr olunmuş əsərləri nümayiş olundu. Hər bir rəsm əsəri gənclərimizin vətənpərvərliyini, qalib xalqımızın qürurunu və qəhrəman ordumuzun igidliyini əks etdirirdi.
Planetinfo.az xəbər verir ki, tədbir çərçivəsində qaliblər diplom və hədiyyələrlə mükafatlandırıldı, eləcə də gənc musiqiçilərimiz “Qarabağ” mahnısını ifa edərək sərgiyə xüsusi ruh və duyğu qatdılar.
Zəfərimizin rənglərlə, musiqi ilə və gəncliyin enerjisi ilə canlandırıldığı bu sərgi hər kəsdə dərin təəssürat yaratdı.
Nəsimi