Sosial 7-11-2025, 13:28

"Şuşanın azad olunması xalqın mənəvi ruhunu və milli birliyini gücləndirdi"

"Şuşanın azad olunması xalqın mənəvi ruhunu və milli birliyini gücləndirdi"
"Şuşanın azad olunmasının siyasi və hərbi əhəmiyyəti Azərbaycanın müasir tarixində ən önəmli hadisələrdən biridir. Bu hadisə yalnız bir şəhərin azad olunması deyil, həm də Azərbaycanın ərazi bütövlüyünün bərpası və bölgədə yeni geosiyasi vəziyyətin yaranması baxımından böyük dönüş nöqtəsi idi".

Bunu Planetinfo.az-a "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, Şuşa şəhərinin azad olunması Azərbaycan Ordusuna həm Xankəndinə, həm də ətraf bölgələrə nəzarət imkanı yaratdı:

"Şuşanın azad olunması 2020-ci il Vətən müharibəsində həlledici mərhələ idi. Bu əməliyyatdan sonra Ermənistan ordusu faktiki olaraq müqavimət göstərmək gücünü itirdi. Şuşa əməliyyatı peşəkar hərbi planlaşdırma, yüksək döyüş hazırlığı və xüsusi təyinatlı qüvvələrin ustalığı ilə həyata keçirildi, bu da Azərbaycan Ordusunun gücünü nümayiş etdirdi".

İctimai birlik sədri deyib ki, Şuşa Azərbaycan mədəniyyətinin beşiyi, Qarabağın ürəyi sayılır. Onun azad olunması xalqın mənəvi ruhunu və milli birliyini gücləndirdi.

Xəbər lenti