Sosial 9-11-2025, 14:17

Bayrağımız bu gün hər bir vətəndaşın qəlbində qürurla dalğalanır

Bu gün üçrəngli bayrağımızın ucaldığı, millətimizin qürur və vəhdət simvoluna çevrildiyi gündür.

Bunu "Aztəminatlı Ailələrə Sosial-Psixoloji Dəstək" ictimai birliyinin sədri Susana Məmmədova deyib. O bildirib ki, Azərbaycanın müstəqilliyini, azad ruhunu, milli kimliyini təcəssüm etdirən bayrağımız bu gün hər bir vətəndaşın qəlbində qürurla dalğalanır:

"Bu ucalıq və məğrurluq Azərbaycan xalqının birliyinin, dövlətimizin əzəmətinin təcəssümüdür. Uca tutulan, daim zirvələrdə dalğalanan bayrağımız müstəqil Azərbaycanın əbədi varlığının rəmzidir!".

Xəbər lenti