Şabran rayonu ərazisində qanunsuz fəaliyyət göstərən bir sıra qum-çınqıl karxanalarının fəaliyyətinin dayandırılmasına nəzarətin gücləndirilməsi ilə əlaqədar müşavirə keçirilib.
Planetinfo.az-ın məlumatına görə, Şabran Rayon İcra Hakimiyyətinin inzibati binasında keçirilən müşavirədə Rayon İcra Hakimiyyəti başçısının müavini İlkin Ağayev, Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 saylı Ekologiya və Təbii Sərvətlər idarəsinin Ətraf Mühitin Mühafizəsinə Nəzarət və Ekoloji Monitorinq sektorunun müdiri Zəfər Hüseynov, Rayon İcra hakimiyyətinin məsul işçiləri və aidiyyəti qurumların rəhbərləri iştirak edib.
Müşavirədə Şabran rayonu ərazisində yerin təkindən istifadə qaydalarının pozulması ilə əlaqədar müvafiq araşdırmalar davam edildiyi, qanunsuz olaraq həyata keçirilən istesal proseslərinin yerin struktur qatının zədələnməsinə, şirin suların çirklənməsinə, çaylarda yaşayan canlıların nəslinin kəsilməsinə və digər ekoloji fəsadlara səbəb olduğu qeyd olunub.
Yekunda rayon ərazisində qanunsuz fəaliyyət göstərən bir sıra qum-çınqıl karxanalarının aşkarlanması tədbirlərinin daha da gücləndirilməsi və belə karxanalarının aşkarlanması zamanı onlar üçün müvafiq inzibati tənbeh tədbirləri həyata keçirilməsinə qərar verilib.
q