Sosial 27-11-2025, 10:38

10 ildə onkoloji xəstələrin sayı 3 dəfədən çox artıb



"Bu gün ölkədə onkoloji xəsətələrin sayı artmaqdadır. Hazırda yaxın ailə üzvlərim və şəxsən tanıdığım dostlar arasında 8 nəfər bu ağır xəstəliyə düçar olublar. Bu xəstəliyə tutulmuş insanların həm yaxınları, həm də özləri üçün ciddi mənəvi psixoloji və maliyyə sınağına çevrilir".

Planetinfo.az xəbər verir ki, bunları İqtisadi və Sosial Araşdırmalara Yardım ictimai birliyinin sədri Eyyub Kərimli deyib. O bildirib ki, son 10 ildə onkoloji xəstələrin sayı 3 dəfədən çox artıb:

"Əgər 2005-ci ildə ölkədə onkoloji xəstələrin sayı 23,088 nəfər idisə, keçən il bu rəqəm 73,875 nəfər olub. Düşünürəm bu statistika tam reallığı da əks etdirmir. Belə ki, bəzi hallarda belə xəstələr xaricdə müalicəyə üstünlük verillər ki. bu da statistikanın daha real olmamasına təsir edir. Bu ağır xəstəliklə mübarizədə bəzən 20-30 min manatdan çox vəsait tələb olunur. Bu da əlbəttə ki, əksər ailələrin büdcəsinə uyğun deyil. Bu gün bu xəstəliklərin tibbi sığorta paketinə daxil edilməsi sosial zərurətdir. Bəlkə də bu. xəstəliyin erkən stadiyasında və artmamasına ciddi təsir göstərə bilər. İnsanlarımıza bu sahədə dövlətimizin ciddi dəstəyinə ehtiyacı var".

Anar

Xəbər lenti