Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin rəhbər vəzifəli şəxslərinin 2025-ci il üzrə vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq, Komitə sədri Ramin Məmmədovun noyabrın 27-də Bakı şəhərində növbəti vətəndaş qəbulu keçirilib.
Komitədən Planetinfo.az-a verilən məlumata görə, qəbul zamanı vətəndaşlar dini icmanın dövlət qeydiyyatına alınması, İslam dininə aid ibadət yerlərinə və ziyarətgahlara din xadiminin təyinatı, eləcə də digər məsələlərlə bağlı müraciət ediblər.
Dövlət Komitəsinin aidiyyəti struktur bölmə rəhbərinin iştirakı ilə keçirilmiş qəbulda vətəndaşların müraciət və təklifləri diqqətlə dinlənilib, müvafiq tədbirlərin görülməsi ilə bağlı tapşırıqlar verilib.
Nəsimi