Quba Rayon İcra Hakimiyyətinin başçısı İlqar Mahmudov bu günlərdə “Gülüstan” sarayında “Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının həmrəylik forumu”nun açılışında iştirak etmiş Quba rayonunda fəaliyyət göstərən Quba Regional QHT-lərin Resurs və Təlim Mərkəzi İctimai Birliyinin, “Vətən Naminə” Şəhid Ailələrinə dəstək İctimai Birliyinin, “Yurd” Gənclərin İntellektual İnkişafına Dəstək İctimai Birliyinin və “Xınalıq” Turizmin İnkişafına Dəstək İctimai Birliyinin rəhbərlərini Rayon İcra Hakimiyyətində qəbul edib.
Yurd Gənclərin İntellektual İnkisafina Dəstək İctimai Birliyinin rəhbəri Ramin Mahmudov Planetinfo.az-a deyib ki, qəbulda iştirak edərək bu günə qədər rayonda və regionda həyata keçirdiyimiz layihələr barədə cənab başçıya məlumat verdik, layihələrimiz çərçivəsində Vətən nüharibəsinin və Aprel döyüşlərinin Qubadan və şimal zonasından olan şəhidləri haqülnda kitabları təqdim etdik:
"Səmimi görüş zamanı cənab başçı tərəfindən kreativ layihə ideyalarının icrası üçün təkliflər verildi və bu işdə birgə əməkdaşlıq çərçivəsində fəaliyyət göstərilməsi tövsiyyə olundu.
Yaxın vaxtlarda rəhbəri olduğum təşkilatın fəaliyyət istiqaməti üzrə intellektual oyunlar sahəsində maraqlı tədbirlər həyata keçirəcəyik.
Bir daha dəyərli vaxtını ayırıb bizi qəbul etdiyinə görə cənab başçı İlqar Mahmudova təşəkkür edirəm".
Nəsimi