Gündəm Bugün, 15:00

Hikmət Hacıyev: “Azərbaycan bütün BMT ailəsini bir araya gətirib”



"Azərbaycan bütün BMT ailəsini bir araya gətirib".

PLANETİNFO.AZ xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi Hikmət Hacıyev jurnalistlərə açıqlamasında qeyd edib:

"COP29-dan sonra BMT miqyasında ikinci ən böyük tədbir olan WUF-13-də Azərbaycanda keçirildi. Azərbaycan Respublikası bütün BMT ailəsini bir araya gətirir, özünün zəngin şəhərsalma mədəniyyətini beynəlxalq ictimaiyyətlə bölüşür. Bu gün ölkəmiz dünya urbanizasiya gündəliyinin formalaşdırıldığı məkanlardan biridir.

Dünya şəhərlərinin problemləri, çağırışları məhz Azərbaycan Respublikasında müzakirə olunur. Həmçinin, Azərbaycan dünya şəhərsalma nöqteyi-nəzərindən də işğaldan azad olunmuş ərazilərimizdə bərpa və quruculuq kontekstində dünya üçün çox unikal bir nümunə təqdim edir". \\Bizim.Media \\

Xəbər lenti