Gündəm Bugün, 15:21

Prezidentin köməkçisi: “Azərbaycana qarşı olan qruplaşmalara qrant verənlərin sayı azalıb”



“Azərbaycana qarşı kampaniyaların sayı azalıb”.

Planetinfo.az xəbər verir ki, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev jurnalistlərə açıqlamasında deyib.

“COP29 zamanı olduğu kimi, bu forum dövründə də müəyyən təzyiq və qarayaxma kampaniyalarının şahidi oluruq. Tədbirlə bağlı manipulyativ məlumatlar yayılmağa çalışılır, bəzi media orqanlarında məqsədli informasiyalar dövriyyəyə buraxılır. Təəssüf ki, Azərbaycana qarşı belə münasibət yeni deyil.

Ölkəmizdə beynəlxalq əhəmiyyətli tədbirlər keçirilən dövrlərdə müəyyən dairələr tərəfindən qarayaxma kampaniyalarına start verilir.

Son dövrlərdə isə bu kampaniyaların miqyasının müəyyən qədər azaldığını müşahidə edirik. İstər ölkəmizin içərisində olan, istərsə də ölkəmizin xaricində olan və bir-biri ilə sinxron qaydada fəaliyyət göstərən qruplaşmaların maddi resursları bir qədər azalıb. Onlara qrant verənlərin sayı azalıb. Bunu inkar etməyə çalışsalar da, onların qrant adı altında hansı məqsədlərə xidmət etdiklərini biz çox gözəl bilirik", - deyə Prezidentin köməkçisi əlavə edib.

Xəbər lenti