Gündəm Bugün, 17:42

Köçkünlərin 60 faizindən çoxu düşərgələrdə yaşamır - Raniya Şarşr



“Dünyada 100 milyondan çox insan zorla köçkün vəziyyətinə düşüb və bu rəqəm artmaqda davam edir”.

Bu fikirləri “Kövrək və münaqişədən təsirlənmiş şəraitlərdə şəhər həlləri vasitəsilə sülhə töhfə verən iqlim fəaliyyəti” adlı panel müzakirələrdə Beynəlxalq Miqrasiya Təşkilatının (IOM) İqlim Fəaliyyəti Bölümünün direktoru Raniya Şarşr deyib.

“Vacib məqam ondan ibarətdir ki, köçkünlərin 60 faizindən çoxu düşərgələrdə yaşamır və onlar şəhərlərə üz tutur. UN-Habitat məhz bu səbəbdən bu məsələyə xüsusi diqqət yetirir”.

Raniya Şarşr bildirib ki, bu, əsas şəhərsalma çağırışıdır və bizdən yeni yanaşma tələb edir.

“Eyni zamanda, iqlim dəyişikliyi artıq gələcəkdə baş verəcək bir təhlükə deyil, bu günün reallığıdır. O, onsuz da zəif olan sistemlərə daha çox təzyiq göstərir. Yenidən qurulmamış infrastruktura zərər verir və böyük itkilər yaşamış icmaları daha da həssas vəziyyətə salır”, - deyə bildirib.//Metbuat.az

Xəbər lenti