Dünya Bugün, 14:33

İrandan ABŞ-yə yeni nüvə təklifi: Bütün sanksiyaların ləğvini istəyir



İranın Xarici işlər nazirinin müavini Kazım Qəribəbadi parlamentdə çıxışı zamanı Tehran–Vaşinqton diplomatik prosesinin son vəziyyəti və ABŞ-yə təqdim olunan geniş təklif paketini açıqlayıb.
Planetinfo.az “İRNA”ya istinadən xəbər verir ki, İranın təklifində uranın zənginləşdirilməsi hüququnun qorunması, bütün sanksiyaların ləğvi və regional münaqişələrin dayandırılması əsas maddələr kimi yer alıb.
İran rəsmisi bildirib ki, uranın zənginləşdirilməsi və dinc nüvə enerjisindən istifadə hüququ Tehran üçün danışıqların əsas şərtidir. Təklif paketində həmçinin Livan da daxil olmaqla, bölgədəki müharibələrin dayandırılması, ABŞ-nin dəniz blokadasını aradan qaldırması, İrana məxsus aktivlərin geri qaytarılması və sanksiyaların vurduğu zərərin ödənilməsi tələb olunur.
Bundan əlavə, İran BMT Təhlükəsizlik Şurasının Tehran əleyhinə qəbul etdiyi qərarların ləğvini və ABŞ qüvvələrinin İran ətrafından çıxarılmasını da təklifin əsas maddələri sırasında göstərib. \\Bakupost.az\\

Xəbər lenti