Sosial Bugün, 17:40

Mansur Yavaş barəsində istintaq başladıldı


Ankara Böyükşəhər Bələdiyyəsinin (ABB) sədri Mənsur Yavaşa qarşı yeni istintaq başladılıb.

Planetinfo.az Türkiyə mətbuatına istinadən xəbər verir ki,buna səbəb Yavaşın seçki mitinqi çərçivəsində bələdiyyə imkanlarından - ABB sədrinin 2023-cü ildə Karabükdə keçirilən seçki mitinqində bələdiyyə resurslarından, nəqliyyat vasitələrindən qanunsuz istifadəsi ilə bağlı yayılan iddialardır.

Qərardan sonra bələdiyyə bəyanat yayıb.

Bəyanatda vurğulanıb ki, sənədlərdə Yavaşın nəqliyyat vasitələrindən istifadə ilə bağlı birbaşa təlimat verdiyini göstərən heç bir fakt yoxdur: "Buna baxmayaraq, fərziyyələrə əsaslanaraq, məsuliyyəti təyin etməyə cəhdlər olunur".

Xəbər lenti