Sosial Bugün, 18:00

Azərbaycanda bu kanalların lisenziyası ləğv EDİLDİ

2026-ci ilin ilk 3 ayı ərzində 3 MMC-yə lisenziya verilib, 3 MMC-yə verilmiş lisenziya isə ləğv edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Audiovizual Şura məlumat yayıb.

Bildirilib ki, 2026-cı ilin yanvar ayı ərzində "Azercell Telekom" MMC-yə ("Kinon" xidmət adı ilə) universal platforma operatoru və sifarişli yayım xidməti provayderi lisenziyaları verilib, "Neftçi Media" MMC-yə verilmiş peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyası ləğv edilib.

"Fevral ayı ərzində "Kinobox" MMC-yə sifarişli yayım xidməti provayderi ("Kinobox" xidmət adı), "Mahnı" MMC-yə peyk yayımı həyata keçirməyən platforma yayımçısı (televiziya kanalının adı: "Mahnı TV") lisenziyaları verilib. Mart ayı ərzində isə, "Rahat Telecom" MMC-yə və "SN Telecom" MMC-yə verilmiş universal platforma operatoru lisenziyaları ləğv edilib", - məlumatda qeyd olunub.

Xəbər lenti