Sosial Bugün, 16:40

Qrossi Seula getdi - Cənubi Koreyada sualtı qayıq tikiləcək


Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi Seula səfər edib. Səfər çərçivəsində Qrossi Cənubi Koreyanın nüvə sualtı qayığı tikinti layihəsi ilə tanış olub və bunun yayılmamasına dair zəmanət istəyib.

Planetinfo.az xəbər verir ki, bu barədə Yonhap xəbər agentliyi məlumat yayıb.

"Bunun nüvə silahlarının yayılmasına səbəb olmayacağına dair güclü zəmanətlər vermək vacibdir. Xarici işlər naziri Ço Hyun mənə Koreya Respublikasının yayılmama rejimi çərçivəsində öhdəliklərini tam yerinə yetirəcəyinə əminlik verdi", - deyə MAQATE rəhbəri əlavə edib.

“Onun sözləri birmənalıdır və inanıram ki, bu sözlər digər ölkələri dünyanın nüvə silahlanması yarışına girmədiyinə əmin etmək üçün vacibdir”, - deyə Qrossi bildirib. 2025-ci ilin payızında, Gyeongju sammitindən sonra ABŞ Prezidenti Donald Tramp Cənubi Koreyaya nüvə enerjisi ilə işləyən sualtı qayıq inşa etməyə icazə verəcəyini açıqlayıb. 

MAQATE direktoru "nüvə materiallarının sui-istifadə edilmədiyini yoxlayacaq bir sistemə" ehtiyac olduğunu bildirib.

"Koreya Respublikası NPT-nin tərəfidir, buna görə də bütün nüvə fəaliyyətləri MAQATE yoxlamalarından keçir. Nüvə sualtı qayığı zənginləşdirilmiş urandan istifadə edir ki, bu da texnologiyadan asılı olaraq yüksək dərəcədə zənginləşdirilmiş uran ola bilər. Nüvə materiallarının yoxlamalar zamanı radardan yoxa çıxmaması vacibdir", - baş direktor bildirib.

Xəbər lenti