Dünya 19-11-2025, 08:20

Rusiyanın yeni dönəmdə Suriya planı



“Rusiya Ukrayna ilə müharibə fonunda da Yaxın Şərqdə də varlığını sürdürməyi hədəfləyir və regionda cərəyan edən prosesləri diqqətdən kənarda qoymur. Xüsusilə, Suriyada baş verənlər Kremlin diqqəti mərkəzindədir”.

Planetinfo.az xəbər verir ki, bu fikirləri siyasi ekspert Pərviz Mirizadə səsləndirib. O bildirib ki, Rusiya uzaq ehtimal kimi görünsə də Ukrayna cəbhəsində müvəffəqiyyət əldə etdikdən sonra yenidən Suriya ilə bağlı daha böyük işlərə yelkən açacaq:

“Burada qruplaşmalar çərçivəsində iç qarışıqlıq yaratmaq istəyi ilk sırada qərarlaşır”.

Ekspert hesab edir ki, Rusiyanın Suriya planında ona dəstək verən dövlətlər də yox deyil:

“Aydındır ki, Moskva bunları tək etməyəcək. İran bu işdə ona dəstək nümayiş etdirəcək. Baxmayaraq ki, Tehranın indi elə bir enerjisi yoxdur. Lakin İranın da belə asanlıqla Suriyadan əl çəkməsinə inanmaq qeyri-peşəkar yanaşmadır”.

Anar

Xəbər lenti