Dünya Bugün, 17:30

Hollandiyanın keçmiş meri həbs edildi - Pornoqrafiyaya görə ittiham edilir

İş materiallarında Herman J. kimi tanınan Hollandiyanın Hendrik-Ido-Ambacht şəhərinin keçmiş meri uşaq pornoqrafiyasında ittiham edilərəkhəbs edilib.

Planetinfo.az xəbər verir ki, bu barədə Rijnmond telekanalı məlumat yayıb.

77 yaşlı sabiq mer fevralın 17-də həbs edilib və Rotterdam məhkəməsi ona 90 günlük məhkəməyəqədər həbs cəzası verib.

Prokurorluğun məlumatına görə, müstəntiqlər Hendrik-İdo-Ambaxt şəhərinin 77 yaşlı sakinindən elektron məlumat saxlama cihazlarını müsadirə ediblər. Hazırda müstəntiqlər onlarda tapılan materialları təhlil edirlər.

Qeyd edək ki, Herman J. 1996-cı ildən 2011-ci ilə qədər Hendrik-Ido-Ambaxtın meri vəzifəsində çalışıb və sonradan xidmət stajına görə təqaüdə çıxıb. Bundan əvvəl o, həmçinin Şimali Brabant əyalətindəki kiçik bir şəhərin meri vəzifəsində çalışıb və Leyboristlər Partiyasının Qouda şöbəsinə rəhbərlik edib.

Siyasi fəaliyyətindən əlavə, o, Hendrik-Ido-Ambaxtdakı ASWH futbol klubunun sədri və yerli sehrbazlar cəmiyyəti "Ruki Vnush"a rəhbərlik edib. 2015-ci ildə o, Katolik Cəngavərliyi ordeni ilə təltif edilib.

Xəbər lenti