Gündəm / Dünya 16-05-2026, 21:45

Karib dənizinin şərqində güclü zəlzələ baş verdi




Karib dənizinin şərqində, Antigua və Barbuda sahillərində 6,0 bal gücündə zəlzələ qeydə alınıb.

Bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri 1,5 mindən az insanın yaşadığı Kodrinqton şəhərindən təxminən 70 km cənub-qərbdə yerləşib. Zəlzələ ocağı 30 km dərinlikdə qeydə alınıb. Sunami təhlükəsi elan olunmayıb.

Xəbər lenti