Gündəm / İdman Dün, 10:00

Onun oyununu izləməkdən zövq alıram - Özil kimi nəzərdə tutur?



“Arsenal” və “Real Madrid”in keçmiş oyunçusu Məsut Özil “kral klubu”nda xələfinin kim olduğu haqda danışıb.

“Madrid Xtra” sosial media hesabı keçmiş futbolçunun sözlərini sitat gətirib:

“Gülər Madriddə mənim varisimdir. Düşünürəm ki, bu oğlan məndən daha çox şeyə nail olacaq. Onun oyununu izləməkdən zövq alıram. O, daha da güclənə bilər”.

21 yaşlı Gülər 2023-cü ilin yayından bəri Madrid nəhəngində oynayır. Türk yarımmüdafiəçinin müqaviləsi 2029-cu ilin iyun ayının sonunda bitir. “Transfermarkt” mütəxəssisləri yarımmüdafiəçinin bazar dəyərini 90 milyon avro olaraq qiymətləndirirlər.

Xəbər lenti