Gündəm / Siyasət 17-05-2026, 14:00

Trampın ətrafı narahatdır - ABŞ Tayvanla bağlı nə planlaşdırır?



ABŞ Tayvan məsələsində status-kvonun qorunmasını və regionda sabitliyin təmin olunmasını gözləyir.

Bunu ABŞ-ın ticarət nümayəndəsi Ceymison Qrir bəyan edib.

"Ən vacib məqam Tayvan boğazında status-kvonun dəyişməməsidir. Prezident Donald Tramp da açıq şəkildə bildirdi ki, Amerikanın Tayvanla bağlı yanaşmasında heç bir dəyişiklik yoxdur. Biz vəziyyətin sabit qalacağını gözləyirik", – deyə o vurğulayıb.

Daha əvvəl "Axios" portalı öz mənbələrinə istinadən xəbər verib ki, Trampın ətrafı Çin Xalq Respublikasının Tayvana mümkün müdaxiləsindən narahatdır.

Xəbər lenti