Gündəm / Dünya Bugün, 19:00

ÜST-dən xəbərdarlıq - Ebola sürətlə yayılır



Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus Demokratik Konqo Respublikasında sürətlə yayılan Ebola epidemiyası ilə bağlı təcili xəbərdarlıq yayıb.

Onun sözlərinə görə, ölkədə artıq 500-dən çox şübhəli yoluxma və təxminən 130 ölüm qeydə alınıb.

Qebreyesus vəziyyətin ciddi olduğunu vurğulayaraq epidemiyanı “beynəlxalq əhəmiyyətli fövqəladə vəziyyət” elan edib.

Məlumatda həmçinin şəhər ərazilərinə yayılmanın risk yaratdığı, səhiyyə sistemində yoluxma təhlükəsinin artdığı və bölgədəki silahlı münaqişələr səbəbindən vəziyyətin daha da ağırlaşdığı qeyd olunub.

Xəbər lenti