Gündəm / Siyasət Bugün, 20:00

Türkiyə və Ermənistan 33 ildən sonra sərhədlərini aça bilər




Türkiyə və Ermənistan tərəfləri arasındakı sərhəd bu respublikada iyunun 7-də keçiriləcək parlament seçkilərindən sonra açıla bilər.

Bu barədə Azərbaycanın Ankaradakı səfiri Rəşad Məmmədov Türkiyənin “Cumhuriyet” qəzetinə müsahibəsində bildirib.

Səfirin sözlərinə görə, iyunun 7-də baş tutacaq seçkilərdən sonra Ermənistan nümayəndələri konstitusiyanı dəyişdirəcək və referendum keçirəcəklər.

“Bundan sonra həm Ermənistanla Türkiyə, həm də Ermənistanla Azərbaycan arasındakı sərhədlər açılacaq”, - deyə diplomat əlavə edib.

R. Məmmədov qeyd edib ki, Bakı Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşması prosesini dəstəkləyir. O vurğulayıb ki, Azərbaycanın Qarabağ üzərində nəzarəti bərqərar etməsindən sonra Türkiyə ilə Ermənistan arasında sərhəd məntəqələrinin açılması üçün ümidlər yaranıb.

Xatırladaq ki, Türkiyə və Ermənistan arasındakı sərhəd 1993-cü ildən bəri ümumi istifadə üçün bağlıdır. 2025-ci ildə Ermənistanın Baş naziri Nikol Paşinyan Türkiyə ilə sərhədlərin açılmasının və ölkələr arasında diplomatik münasibətlərin qurulmasının sadəcə zaman məsələsi olduğuna ümid etdiyini bildirmişdi.

Xəbər lenti