Əməkdar artist Elnur Kərimov sevincini izləyiciləri ilə bölüşüb.
Aktyor sosial şəbəkə hesabında qızı Aylinlə bağlı paylaşım edib. O bildirib ki, 9-cu sinifdə təhsil alan Aylin buraxılış imtahanlarında 249 bal toplayaraq arzuladığı məktəbə qəbul olub.
Elnur Kərimov paylaşımında qızını bu uğuru münasibətilə təbrik edib:
"Qızım imtahanlarında yüksək nəticə göstərərək, Azarbaycan Milli Konservatoriyasının nəzdində İncəsənət Gimnaziyasına daxil olub".