Almaniyanın xarici işlər naziri Yohann Vadeful NATO ölkələrinin Helsinqborqda keçiriləcək görüşündə Ukraynanın müdafiəsinin ABŞ-ın iştirakı olmadan uzunmüddətli maliyyələşdirilməsi ilə bağlı yeni mexanizm təqdim edəcək.
Bu barədə Almaniyanın “Der Spiegel” nəşri məlumat yayıb.
Bildirilir ki, Kiyev yaxın iki il ərzində təxminən 40 milyard avro büdcə çatışmazlığı ilə üzləşə bilər. Yeni təşəbbüsə əsasən, NATO tərəfdaşlarının bu maliyyə boşluğunu doldurması nəzərdə tutulur.
Nəşr yazır ki, layihədə iştirak edən Avropa ölkələri bunun qarşılığında Ukraynanın pilotsuz uçuş aparatları sənayesinin imkanlarından faydalana biləcək. Bildirilir ki, Avropada bu sahədə ciddi çatışmazlıq mövcuddur.
Hələlik mexanizmin konkret necə işləyəcəyi barədə əlavə detallar açıqlanmayıb.