Azərbaycanda ən yaşlı qadın və kişi seçici məlum olub.
Planetinfo.az xəbər verir ki, bu gün Mərkəzi Seçki Komissiyasının (MSK) ölkə üzrə vahid seçicilər siyahısının tərtib edilməsi və dəqiqləşdirilməsinin yekunlarına həsr olunan iclasında MSK sədri Məzahir Pənahov bildirib ki, ən yaşlı qadın seçici 1890-cı il təvəllüdlü Tamam Əli qızı Əzizovadır.
136 yaşlı Tamam Əzizova Lənkəran rayonu, 78 saylı Dairə Seçki Komissiyası (DSK), 38 saylı məntəqəsində qeydiyyatdadır.
Ən yaşlı kişi seçici isə 1920-ci il təvəllüdlü Fərrux Səməd oğlu Hacıyevdir.
106 yaş Fərrux Hacıyev Tovuz rayonu, 107 saylı DSK, 11 saylı məntəqədə qeydiyyatdadır.