Gündəm / Dünya
Bugün, 18:10
Mərakeşlilər Londonu dağıtdılar
Mərakeş azarkeşləri 2026-cı il Dünya Kubokunun 1/4 finalında Fransaya məğlubiyyətdən sonra Londonda iğtişaşlar törədiblər.
Azarkeşlər maşınların damına çıxıblar, atəşfəşanlıq təşkil ediblər. Şəhərin bir neçə ərazisində iğtişaşlar və polislə toqquşmalar baş verib.
Parisdə hakimiyyət orqanları əvvəlcədən küçələrə əlavə polis bölmələri yerləşdirdiyindən böyük iğtişaşların qarşısı alınıb.
Fransa millisi Dünya Kubokunun 1/4 finalında Mərakeşi 2-0 hesabı ilə məğlub edib və ardıcıl üçüncü dəfə Dünya Kubokunun yarımfinalına yüksəlib.