Gündəm Bugün, 18:40

ADY-də kükürd daşımaları 31%-dən çox artıb



2026-cı ilin yanvar-iyun aylarında “Azərbaycan Dəmir Yolları” QSC (ADY) tərəfindən 484 min tona yaxın kükürd və əlaqəli mallar daşınıb.

ADY-dən verilən məlumata görə, bu ötən ilin eyni dövrü ilə müqayisədə 31 %-dən çoxdur.

Tranzit rejimdə daşınmış kükürd yükünün həcmi 30%-dən çox artaraq 369 min tondan 483 min tona yüksəlib. Bu göstəricinin böyük hissəsini qələvi metallar və metalloidlər, təqribən 8300 tonu isə yeni aktivləşən xam kükürd təşkil edir.

Xəbər lenti