Kanadanın Baş naziri Mark Karni Ankarada keçirilən NATO sammitində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın liderlərə hədiyyə etdiyi tapança ilə bağlı açıqlama verib.
Karni paketi özü açmadığını bildirərək, silah haqda ilk dəfə Böyük Britaniyanın Baş naziri Kir Starmerdən eşitdiyini deyib.
"Kanadalıları əmin etmək istəyirəm ki, silahları məndən uzaq saxlayırlar. Starmer mənə üzərində öz adının yazıldığı hədiyyə aldığını dedi. Sonra əməkdaşlarım həmin hədiyyənin mənə də təqdim olunduğunu bildirdilər", - deyə o söyləyib.
Karni əlavə edib ki, özünün hədiyyə etdiyi ağcaqayın şərbəti Ərdoğanın hədiyyəsinin yanında sönük görünüb.
Baş nazirin sözlərinə görə, hədiyyə hazırda Kanada Kral Atlı Polisi (RCMP) tərəfindən saxlanılır. O bildirib ki, silah Kanadada qanuni odlu silah sayılmadığı üçün istifadəyə yararsız vəziyyətə salınıb və gələcəkdə Müharibə Muzeyi və ya Kanada Silahlı Qüvvələrinin muzeyində nümayiş etdirilə bilər.