Gündəm / Dünya
2-08-2026, 12:30
Daha bir dəhşətli təyyarə qəzası - 13 nəfər həlak oldu
Perunun cənubunda kiçik turist təyyarəsinin qəzaya uğraması nəticəsində 13 nəfər həlak olub.
Bu barədə “Reuters” agentliyi yerli “TVPeru” telekanalına istinadla məlumat yayıb.
Təyyarə ölkənin cənubunda yerləşən Naska geoqliflərinin olduğu arxeoloji kompleksin üzərində qəzaya uğrayıb. Təyyarənin göyərtəsində 11 sərnişin və iki pilot olub.