Gündəm 2-08-2026, 14:30

Tovuza qonaq gedən uşağı maşın vurdu - Vəziyyəti ağırdır



Tovuzda azyaşlının vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Qəza rayon ərazisində qeydə alınıb.

2018-ci il təvəllüdlü N.O-nu maşın vurub. 8 yaşlı oğlan xəstəxanaya çatdırılıb və təcili əməliyyata götürülüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

İlkin məlumata görə, uşaq Bakıdan Tovuza qonaq gedibmiş.(Qafqazinfo)

Xəbər lenti