Gündəm Dün, 21:15

Bu mərkəzi xəstəxananın direktoru işdən çıxarıldı




Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru Nuridə Rafiq qızı Məmmədova vəzifəsindən azad olunub.

N.Məmmova yaşayış yerini dəyişdiyi üçün öz istəyi və ərizəsi əsasında tutduğu vəzifədən azad edilib.

N.Məmmova əmək fəaliyyəti dövründə bir sıra rəhbər vəzifələrdə çalışıb. O, 2017–2021-ci illərdə Lənkəran Regional Onkoloji Xəstəxanasının baş həkimi, 2022–2025-ci illərdə Lənkəran RMX Regional Perinatal Mərkəzinin rəhbəri, 2025-ci ildə isə cərrahi işlər üzrə direktor müavini vəzifəsində fəaliyyət göstərib.

O, 2025-ci ilin avqust ayından Lənkəran Rayon Mərkəzi Xəstəxanası PHŞ-nin direktoru vəzifəsində çalışıb.

Xəbər lenti