Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
Hadisə rayonun Azaflı kəndində qeydə alınıb.
“Vaz-2107” markalı avtomobil ehtiyatsızlıqdan qarşıda gedən ZİL markalı yük maşınına çırpılıb. Hadisə nəticəsində “Vaz-2107” avtomobilinin sürücüsü Sübhan Məmmədov xəsarət alaraq Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Hazırda onun vəziyyəti orta ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.