Gündəm / İdman Bugün, 13:10

Millimizin üzvü İsraildə ilk qolunu vurdu




Azərbaycan millisinin üzvü Rüfət Abdullazadə İsrailin “Kiryat Şimona” klubunda ilk qolunu vurub.

İyul ayında bu kluba keçən 25 yaşlı yarımmüdafiəçi Toto kubokunun qrup mərhələsinin 3-cü turunda “İroni Tiberiyas”la görüşdə fərqlənib.

Rüfət matçın 61-ci dəqiqəsində oyunda yeganə qolu vuraraq komandasına qələbə qazandırıb. O, görüşün 84-cü dəqiqəsində əvəzlənib.

Xəbər lenti