Gündəm / Siyasət / Dünya Dün, 22:50

Rusiyada gecə ərzində 325 PUA məhv edilib - 17 bölgə hədəfdə



Rusiyanın hava hücumundan müdafiə qüvvələri ölkənin müxtəlif bölgələri üzərində gecə ərzində 325 pilotsuz uçuş aparatını məhv edib.

Bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, PUA-lar avqustun 20-si saat 20:00-dan avqustun 21-i saat 08:00-dək hava hücumundan müdafiə sistemləri tərəfindən ələ keçirilib və məhv edilib.

Məlumata görə, dronlar Həştərxan, Belqorod, Bryansk, Volqoqrad, Voronej, Kaluqa, Kursk, Oryol, Rostov, Ryazan və Tula vilayətləri, Moskva regionu, Krım, Udmurtiya, Krasnodar və Perm vilayətləri üzərində, həmçinin Azov və Qara dənizlərin akvatoriyasında vurulub.

Rusiya tərəfi PUA-ların Ukraynaya məxsus olduğunu iddia edib.

Xəbər lenti