Gündəm Bugün, 20:50

Mabel Matiz ilə bağlı qərar verildi



Mabel Matiz kimi tanınan türkiyəli müğənni Fatih Karaca “Ha Leylim” mahnısının sözləri və klipinə görə başladılan istintaq çərçivəsində ifadə verib.

Müğənni İstanbul İstanbul Ədalət Sarayına gedərək prokurorluqda ifadə verib.

İfadəsindən sonra Matiz məhkəməyə xaricə çıxış qadağası şəklində məhkəmə nəzarəti tədbirinin tətbiqi tələbi ilə göndərilib.

Məhkəmə prokurorluğun tələbini təmin edib. Qərardan sonra müğənni məhkəmə binasını tərk edib.

Qeyd edək ki, istintaq “Ha Leylim” mahnısının sözləri və videoklipi ilə bağlı ədəbsizlik ittihamı üzrə aparılır.

Xəbər lenti