Türkiyənin Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Kamal Kılıçdaroğlu İsrailin Suriyadakı Əbu-Zuhur hərbi aerodromuna zərbəsi və Baş nazir Benyamin Netanyahunun Türkiyəyə ünvanlanan açıqlamalarına sərt reaksiya verib.
Kılıçdaroğlu bu barədə sosial media hesabında paylaşım edib.
O, Netanyahunun “Türkiyəyə mesaj verdik” ifadəsini Türkiyənin suverenliyinə qarşı açıq təxribat və hörmətsizlik kimi qiymətləndirib.
“Netanyahunun "Türkiyəyə mesaj verdik, bunu daha yaxşı anlamalarını təmin etdik" sözləri Türkiyə Respublikasının suverenliyinə qarşı açıq təxribat, kobud hörmətsizlik və regional sülhə birbaşa təhdiddir. Heç bir dövlət, xüsusilə də İsrail Türkiyə ilə diqtə dili ilə danışa və ya hədə-qorxu gələ bilməz. Bu üslub suveren dövlətə qarşı qəbuledilməz təkəbbür və həyasızlıqdır”.
Onun sözlərinə görə, İsrailin Suriyadakı addımları regiondakı həssas tarazlığı pozur və gərginliyi təhlükəli həddə çatdırır. Kılıçdaroğlu İsrailin siyasətinin yalnız Türkiyəyə deyil, bütün regiona təhlükə yaratdığını vurğulayıb.